And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verdiyini bilirik. Biz ona şah damarından daha yaxınıq.
(Qaf surəsi, 16)
Bəzi müsəlman və xristianlar ayədə keçən "Biz ona şah damarından daha yaxınıq" ifadəsinin fiziki deyil, bir növ mənəvi yaxınlıq olduğunu iddia edərək Allah`ın hər yerdə olması həqiqətinə qarşı çıxırlar. Müsəlmanların bəzisi İslamda “Allah uzaqdadır” inancını və Allah`ın (haşa) əlçatmaz olduğunu iddia edirlər. Xrisianların da əksəriyyəti “Allah`ın oğlu” anlayışını da öz məntiqlərə görə əsaslandırırlar və İslamdakı “uzaq Allah” inancı əvəzinə (Allah`ı tənzih edirik), xristianlıqda Allah`ın hz. İsa (əs) vasitəsilə qulları ilə əlaqə saxladığını iddia edirlər. Bu ciddi bir yanılmadır, Allah`ın Zatı və Allah`ın təzahürü arasındakı fərqi doğru qavraya bilməməkdən qaynaqlanır.
Ayədə keçən “Biz ona şah damarından daha yaxınıq” ifadəsində həm mənəvi yaxınlıq, həm də fiziki yaxınlıqdan söhbət gedir. Əvvəlcə də bildirdiyimiz kimi, hər şey beynimizdəki görüntünün bir hissəsi və bütün həyatımız beynimizdə yaranan bu görüntülərin məcmusu olduğuna görə, bizim bədənimiz, hüceyrələrimiz, sahib olduğumuz və təmasda olduğumuz hər şey görüntülərdir və xarici aləmdə mövcud olan maddəyə aid bütün görüntülər kimi, onlar da Allah`ın təzahürüdür. Dolayısilə, Allah bizə ən yaxın olduğunu zənn etdiyimiz insandan belə daha yaxındır. Bu, sözün əsl mənasında fiziki yaxınlıqdır, çünki Allah insanı daxildən, xaricdən, hər yöndən əhatə edir.
Allah`ın Zatı, əlbəttə ki, başqadır, lakin Allah`ın təzahürləri hər yerdədir. Bir insan otağa girib “burada Allah yoxdur” deyərsə, o insan dindən çıxar. “Hər şey Allah`ın təzahürüdür, ancaq bu kiçik qutu istisnadır” desə, yenə dindən çıxar. Bu düşüncəyə sahib insanlar Allah`ın böyüklüyünü məhdudlaşdırmağa çalışır, Allah`dan asılı olmayan başqa varlıqlar olduğunu iddia edirlər (Allah`ı tənzih edirik). Allah`dan asılı olmayan, müstəqil hesab etdikləri şey (kiçik bir qutu olsa belə), Allah qorusun, bu, hiss etmədən Allah`ın böyüklüyünün inkar etmək deməkdir. Halbuki sonsuz və mütləq olan yalnızca Allah`dır. Dolayısilə, insan bir otağa girdikdə otaq da daxil olmaqla, Allah`ın təzahürləri gördüyü və görmədiyi hər yerdədir. İnsan haraya dönərsə, Allah`ın təzahürü oradadır.
Quranın bir çox ayəsində Allah`ın hər yeri əhatə etdiyi, haraya yönəlsək, Allah`ın orada olduğu bildirilmişdir. Bu, ayələrdə bildirilən hökmü açıq olan ifadələrdir. Məsələn, Allah Bəqərə surəsinin 255-ci ayəsində "... Onun Kürsüsü bütün göyləri və yeri əhatə edir ...." deyə bildirir. Hud surəsinin 92-ci ayəsində isə, "... Həqiqətən, Rəbbim sizin nə etdiklərinizi əhatə edir" şəklində Allah`ın insanları da, onların etdiklərini da əhatə etdiyi bildirilmişdir.
Allah bu həqiqəti İncildə çox aşkar şəkildə bildirmişdir:
“Hər şeydən əvvəl mövcud olan Odur və hər şey Onda bərqərar olur.”
( Pavlusdan kolesselilərə məktub, 1:17)
“Allah`dan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.”
(İbranilərə məktub, 4:13)
Yuxarıda bəhs etdiyimiz həqiqət, yəni “xarici aləmdə mövcud olan maddənin əsli ilə əsla təmasda ola bilmərik, yalnız beynimizdəki görüntü, xəyal ilə təmasda ola bilərik” doğru dərk edilsə, Allah`ın hər yerdə olması və tək mütləq varlıq olması tam olaraq aydın olacaq. Allah yalnız göylərdə deyil, hər yerdədir. Bu məlumat bizə Quran vasitəsilə verilir. Dua etdikdə Allah bizi hər an hər yerdə eşidir. Allah bizə hər yerdə təzahürləri ilə Öz varlığını göstərir. Allah bizi sevəndir və bizə ən yaxın olandır. Heç kim bizə Allah`dan daha yaxın deyil. Allah ilə aramızda heç bir məsafə yoxdur. Maddənin xarici aləmdəki varlığı ilə əsla təmasda olmayacaqlarını anlayan insanlar Allah`ın hər an hər yerdə olduğunu, hər an onları gördüyünü və eşitdiyini, hər şeyə şahid olduğunu və onlara şah damarlarından daha yaxın olduğunu, hər dua edənin duasını eşitdiyini, buna görə də mənəvi və fiziki mənada insana ən yaxın olanın yalnızca uca Allah olduğunu aydın şəkildə anlayacaqlar.
Biz zaman və məkandan asılı olan varlıqlar olduğumuz üçün Allah`ın göyü, yeri və bütün varlıqları əhatə etməsini tam mənasında qavraya bilmərik. Halbuki Allah`ın hər yerdə olması Onun insanı hüceyrə, atomlarına qədər əhatə etməsi mənasınına gəlir. Heç bir atom Allah`dan müstəqil deyil. Hər biri Onun təzahürüdür və Allah onların hamısını bilir. Allah`ın olmadığı heç bir yer yoxdur.