İnsanların əksəriyyəti mühüm bir həqiqəti dərk etmədən yaşayırlar. Bu həqiqət insanların bütün dünya həyatı və axirətə baxış tərzlərini kökündən dəyişdirəcək sirrdir. Heç kim beyninin içində ruhuna seyr etdirilən dünyanın kənarına çıxa bilmir, xaricdə mövcud olan maddənin əsli ilə təmasda ola bilmir.
Bunun izahı belədir: Bizə xarici aləmdəki dünyadan görüntü kimi çatan məlumatlar işıqlardan ibarətdir. Əgər bir almanın görüntüsünü görür, qoxusunu hiss edir, dada bilir və ona əlimizlə toxuna biliriksə, bunların hamısı bizə işıq seli ilə gəlir. Başqa sözlə, çöldəki almadan bu işıq selindən başqa bizə gələn heç bir şey yoxdur. Almanın əslinə əsla toxuna bilmərik. Məsələn, almadan gözümüzə çatan fotonlar gözümüzdə elektrik cərəyanına çevrilir və beynimizə ötürülən elektrik cərəyanı orada alma kimi şərh olunur. Başqa cür desək, beynimizdə çöldən müstəqil, tamamilə ayrı görüntü meydana gəlir və biz yalnız beynimizdəki bu alma ilə təmasda oluruq. Çöldəki alma ilə beynimizdəkinin heç bir əlaqəsi yoxdur.
Bunun izahı belədir: Bizə xarici aləmdəki dünyadan görüntü kimi çatan məlumatlar işıqlardan ibarətdir. Əgər bir almanın görüntüsünü görür, qoxusunu hiss edir, dada bilir və ona əlimizlə toxuna biliriksə, bunların hamısı bizə işıq seli ilə gəlir. Başqa sözlə, çöldəki almadan bu işıq selindən başqa bizə gələn heç bir şey yoxdur. Almanın əslinə əsla toxuna bilmərik. Məsələn, almadan gözümüzə çatan fotonlar gözümüzdə elektrik cərəyanına çevrilir və beynimizə ötürülən elektrik cərəyanı orada alma kimi şərh olunur. Başqa cür desək, beynimizdə çöldən müstəqil, tamamilə ayrı görüntü meydana gəlir və biz yalnız beynimizdəki bu alma ilə təmasda oluruq. Çöldəki alma ilə beynimizdəkinin heç bir əlaqəsi yoxdur.
Bu həqiqət gördüyümüz, daddığımız, toxunduğumuz, qoxuladığımız və eşitdiyimiz hər şeyə aiddir. Beynimizdə əmələ gələn görüntünün heç biri xarici aləmdəki görüntünün əsli deyil. Xarici aləmdə maddənin əsli vardır. Lakin bu maddənin əsli tamamilə şəffaf və qaranlıqdır. Xarici aləmdəki bu şəffaf və qaranlıq maddəyə hansısa üsulla çata bilməyimiz isə qeyri-mümkündür. Bu, elm adamlarının aşkar etdiyi və yekdilliklə qəbul etdikləri elmi həqiqətdir. Atomun 99.9999 %-i boşluqdur. Kvant fizikası ilə subatom hissəciklərin hissəcik xüsusiyyətləri ilə yanaşı dalğa xüsusiyyəti də daşıdıqları sübut olunmuşdur. Bununla da xaricdəki maddənin gerçək mahiyyəti, xarici aləmdə işıq və rəngin olmaması sübut olunmuşdur.
Bunu nəzərə çatdırmaq lazımdır ki, maddənin əslinə əsla çata bilməməyimiz elmi cəhətdən sübut olunmuş, heç bir şübhə yeri olmayan həqiqətdir. Bu, kimsənin şəxsi inancı deyil. Elm bütün həyatımızın beynimizin içində mükəmməl şəkildə və dəqiqliklə yaradıldığını, xarici aləmdəki dünyaya isə heç bir zaman çata bilməyəcəyimizi təqdiq edir.
İnsanların əksəriyyəti bu gerçəyi elmi cəhətdən bilsələr də, xarici aləmdəki dünya ilə təmasda olduqları hissindən heç cür xilas ola bilmirlər. Görünüşün fasiləsizlik, dəqiqlik və keyfiyyəti onları bu mövzu haqqında düşünməkdən çəkindirir. Bunun səbəbi isə beynimizdə yaradılan və yalnız elektrik siqnallarından ibarət görüntünün möhtəşəm dərəcədə həqiqi, canlı, rəngli, hərəkətli və qüsursuz olmasıdır. Bu, əlbəttə, bütün aləmlərin Yaradıcısı olan, bir atomun daxilində və nəhəng kosmosda heyranlıq doğuracaq aləmlər yaradan, hər şeyi qüsursuz nizamla yaratmağa qadir olan, bütün gözəllikləri verən, qüsur və nöqsanlardan münəzzəh (uzaq) olan Uca Allah üçün çox asandır. Rəbbimiz hər insanın zehnində yalnız ona aid və incə detallarla aləm yaradır.
Beləliklə, çöldə ucsuz-bucaqsız zənn etdiyimiz planetlər, Süd yolu, ulduzlar, Günəş, Dünya, bütün insanlar, milyonlarla canlı növləri, onların həyatları, yerin altındakılar, hüceyrələr, zülallar, atomlar və atomun daxilindəki bütün digər aləmlər- bunların hər biri Allah`ın izni ilə beynimizdə mərcimək böyüklüyündə bir yerdə yaradılır. Görüntünün yaradıldığı bu kiçik yer də əslində, bizim üçün sadəcə bir görüntüdür. Beyinin daxilində bu görüntüləri görən, bu hissləri qavrayan isə ruhumuzdur. “Həyatımız” və ya “xarici dünya” dediyimiz şey isə Allah`ın ruhumuza yaşatdığı, hiss etdirdikləridir.
Ruhun beyni və qulağı yoxdur, amma bunlara ehtiyac olmadan beyinə gələn siqnalları gözəl musiqi, səs-küy və ya dostumuzun səsi kimi şərh edir və biz də bu cür eşidirik. Həmçinin ruhumuzun gözü də yoxdur, amma ruhumuz elektrik cərəyanı kimi beyinə çatan siqnalları gözə ehtiyac duymadan gözəl mənzərə və ya tanış bir sima kimi görür. Dolayısilə, dünya dialektik deyil, metafizikdir, kainat metafizikdir. İnsanlar bu gerçəyi düşünmək, dərk etmək istəməsələr belə, bu həqiqət dəyişməz: İnsanlar Allah`ın ruhlarına izlətdirdiyi dünya ilə təmasda olurlar və Allah diləməzsə, bu dünyanın xaricinə heç kəs çıxa və xarici aləmdə əsli mövcud olan maddə ilə əlaqədə ola bilməzlər.