Hər şey beynimizdə görüntü kimi yaradılır. Bu həqiqət “təzahür” anlayışını daha yaxşı anlamağımıza imkan verir. Hər şey bizim üçün görüntüdən ibarət olduğuna və maddənin xarici aləmdəki əsli şəffaf və qaranlıq olduğuna görə, beynimizdə yaradılan bütün rəngli, hərəkətli və işıqlı görüntülər mahiyyət etibarilə bir-birindən fərqlənir. Başqa sözlə, dünyaya aid hər şey şüurumuzda yaranan xəyallardan ibarətdir. Biz beynimizdəki bir ekranın içində hər biri xəyal olan bu görüntüləri izləyirik. Bu Allah`ın yaratdığı qanundur. Allah`ın qanununa görə, maddə xarici aləmdə var, amma bizim bunun xaricinə çıxıb maddənin əsli ilə təmasda olmağımız, beynimizdəki bu görüntülərdən kənara çıxa bilməyimiz qeyri-mümkündür.
Beləliklə, HƏR ŞEY- beynimizin içində gördüyümüz, təmasda olduğumuz HƏR ŞEY Allah`ın TƏZAHÜRÜDÜR. Bütün ana, ata və uşaqlar Allah`ın təzahürləridir. Bütün kəpənəklər, quşlar, ağaclar, güllər, meyvələr Allah`ın təzahürləridir. Planetlər, Günəş, ulduzlar, nəhəng kainat Allah`ın təzahürüdür. Allah hz. Musaya (əs) kolluqdan səsləndikdə kolda təzahür etmişdir. Heç bir şey istisna deyil. Çünki hər şey xarici aləmdə mövcud olan maddənin beynimizdə yaradılan görüntüsünün bir hissəsidir. Bu görüntülərdə gözəl insanlar, ailəmiz, gözəl evlər, binalar, quşlar, bir-birindən möhtəşəm dağlar olduğu kimi, sahibsiz evlər, tənha küçələr, müharibələr, qırğınlar, döyüşlər, pisliklər, xəstəliklər də vardır. Gözəl şeylər necə ki bu görüntünün bir hissəsidirsə, eləcə də pis şeylər də eyni görüntünün bir hissəsidir.Dünya həyatını təşkil edən bu görüntülər beynimizdə xəyal kimi yaradılır və buna görə də hamısı Allah`ın yaratdığı görüntülərdir, yəni təzahürlərdir.
Bəzi xristianlar maddənin yalnız beyində yaranan görüntü olması həqiqətini bilmədiklərinə və ya tam qavraya bilmədiklərinə görə “Allah`ın dünyadakı təzahürləri” ifadəsini də yanlış şərh edirlər. Sözügedən xristianlar “yalnız hz. İsa (əs) Allah`ın təzahürüdür” deyərək, ona haşa İlahlıq verir, digər varlıqları isə haşa Allah`dan asılı olmayan, müstəqil varlıqlar hesab edirlər.
Hz. İsa (əs), əlbəttə ki, Allah`ın ruhunu daşıyır və Allah onda ən Rəhmanı şəkildə təcəlli edir. Lakin dünyada mövcud olan heç bir şey Allah`dan müstəqil deyil, hamısı Allah`ın əsəri və Allah` təzahürüdür. Gözəl, çirkin, yaxşı, pis, qısası, hər şeyi Allah yaradır, hər şey Allah`ın izni ilə baş verir. Amma bu mövzuda bəzi xristianlar “Allah`ın təzahürü”nü “Allah`ın Zatı” kimi yanlış izah edərək səhvə yol verirlər. Onlar yalnız hz. İsanın (əs) Allah`ın bir təzahürü olduğunu düşünür, yer üzündəki başqa varlıqların, xüsusilə, yaxşı və pis olan hər şeyin əsla təzahür kimi qəbul etmirlər.
Allah`ın təzahürü Allah`ın Zatı demək deyildir. İnsanlar heç bir zaman Allah`ın Uca Zatını görə bilməzlər, amma Onun təzahürləri ilə davamlı əlaqədədirlər. Gördüyümüz hər şey xarici aləmdə mövcud olan maddəyə aid görüntülərdir və bu görüntülər bir ekran içində bütündür. Bizim üçün bütün dünya beynimizdəki bu görüntülərdən ibarətdir, çünki biz xarici aləmdəki maddi dünyanın əsli ilə heç vaxt təmasda ola bilmərik. Beynimizdəki bu “kopiya” görüntülər isə Rəbbimizdən müstəqil gücə sahib deyildir (Allah`ı tənzih edirik), ayrı ola bilməsi də mümkün deyil. Dolayısilə, hz. İsa (əs) da, bütün digər varlıqlar da eyni görüntünün hissələridir və hamısı Allah`ın təzahürləridir.
Yuxarıda elmi baxımdan izah etdiyimiz maddənin əsli mövzusu xristianların hz. İsa (əs) barəsində inanclarının yanlış olduğunu göstərir. Buna görə də səmimi xristian qardaşlarımız bu mövzu haqqında ətraflı düşünməlidirlər. İzah etdiyimiz bu həqiqət əvvəlcə də qeyd etdiyimiz kimi, bir iddia və ya inanc forması deyildir. Bu, sübut edilmiş elmi həqiqətdir və 21-ci əsrdə bunu inkar edə biləcək bircə alim belə yoxdur. Bunu inkar etmək dünyanın düz olmasını elmə zidd gedərək müdafiə etməyə bərabərdir. Beləliklə, maddi dünyanın mövcudluğunu irəli sürərək hz. İsanı (as) ilah adlandıranlar təməlindən çürüdülmüş materializmin təsiri altında qalıb xəta edirlər.
Hz. İsa (əs) güclü Allah qorxusu və sevgisi, üstün əxlaqı, örnək davranışı, Rəbbimizin ona bəxş etdiyi möcüzələri ilə birlikdə Allah`ın xüsusi bir təcəllisidir. Allah`ın çox sevimli bir qulu, Rəhman adının çox güclü təzahür etdiyi müqəddəs peyğəmbərdir. Bəzi xristianlar Allah`ın mübarək qul və peyğəmbəri olan hz. İsanı (əs) Rəbbimizin digər təcəlliləri kimi sadəcə bir təcəlli olaraq qəbul etdikdə ona xəyanət edəcəklərini düşünürlər. Halbuki Allah`ın müqəddəs Peyğəmbərini haşa ilahlaşdırılması qəti şəkildə sevgi nümunəsi ola bilməz. Tam əksinə, bu, Allah sevgisini anlaya bilməməkdən qaynaqlanan ciddi bir yanlışlıqdır. Belə bir təfəkkür tərzindən Allah`a sığınmaq lazımdır. Sevgi hər şeyin Yaradıcısı və tək sahibi olan Allah`a yönəldilməlidir. Rəbbimizin ən mübarək təzahürləri də məhz buna görə çox sevilirlər. Bizim hz. İsaya (əs) sevgimiz Allah`a olan sevgimizdən qaynaqlanan sevgidir. Allah`ı nə qədər çox sevsək, hz. İsaya (əs) olan sevgimiz də o qədər artacaq.
Hz. İsanın (əs) Allah`ın yaratdığı bütün varlıqlar kimi bir təzahür olması onun dəyərini, əlbəttə ki, azaltmaz. O, Allah`ın gözəl əxlaqlı və əməlisaleh bir quludur, Rəbbimizin seçdiyi gözəllər gözəli peyğəmbərdir. Onu bu üstün vəsfi ilə Allah rizası üçün sevmək daha gözəldir. Allah`ın razı olacağı və düzgün sevgi anlayışı da məhz elə bu cürdür.