Allah`ın yaratdığı hər haqq din çox asandır. Dinin hökmləri çətin, anlaşılmayan, sirli mövzular deyil. Uca Rəbbimizin varlığı çox aşkardır. Allah`ın varlığı, Allah`ın yaratma sənəti, Allah`ın yaratdığı varlıqlara yaxınlığı və hökmləri də çox asan və anlaşıqlı mövzulardır. Dində əsla anlaşılmazlıq yoxdur. Vicdanlı və ağıllı düşünən bir insan uca Yaradanın hər şeyin sahibi və hər şeyə hökm edən tək Yaradan olduğunu, "hər şeyə qadir" xüsusiyyətinə uyğun olaraq oğula ehtiyacı olmadığını, bütün varlıqlara ən yaxın olduğunu, Ondan başqa heç bir güc olmadığını qəti şəkildə anlaya bilər. Bu səbəbdən təslis inancını (üç üqnum) müdafiə edənlər və onlara tabe olanlar yanılırlar.
Dində dolaşıqlıq yoxdur. Əgər belə bir şey iddia edilirsə, demək ki, dindən deyil, dinə əlavə olunan batil inanclardan bəhs edilir, yəni haqqa batil əlavə olunub. Əgər Öz üstün əsərlərini ən kiçik zərrədən tutmuş nəhəng böyüklükdəki kainata qədər hər yerdə göstərmiş Uca Allah`ın xüsusiyyətini anlamaq bu qədər çətindirsə, şeytanın oyunundan şübhələnmək lazımdır.
Tek bir Yaradan var və kainatdakı hər şey Onun üstün sənətini bizə göstərir. Hər şeyi yoxdan yaradan Allah, şübhəsiz ki, onları hər an nəzarəti altında saxlamağa qadirdir. Rəbbimizə çatmaq üçün kənar vasitələrə ehtiyac yoxdur. Başqa uydurma ilahlara da ehtiyac yoxdur (Allah`ı tənzih edirik). Allah bizi bizdən daha yaxşı bilən, bizə hər an nəzarət edəndir. Buna görə də səmimi xristianlar bu qarışıqlığı başa düşməli və haqq dinin aydın, anlaşıqlı tövhid (“Allah təkdir”) anlayışını qəbul etməlidirlər. Necə ki, Allah Quranda bundan kənar anlayışın "ziddiyyət" olduğunu bildirmişdir:
“Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan (qorunmaq üçün) Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!” (Bəqərə surəsi, 137)