İncildə Rəbbimiz belə buyurur:
Allah, sizləri pis yollarınızdan döndərib xeyir-dua vermək üçün qulunu [Hz. İsanı (əs)] ortaya çıxarıb əvvəl sizə göndərdi.
(Həvarilərin İşləri, 3:26)
Allah Quran ayəsində belə buyurur:
Nə (İsa) Məsih Allah`ın qulu olmağı özünə ar bilər, nə də (Allah`a) yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.
(Nisa surəsi, 172)
İncil və Quran ayələrində açıq şəkildə bildirildiyi kimi, hz.İsa (əs) Allah`ın quludur. Quran ayəsində xüsusilə xəbər verildiyi kimi, hz. İsa (əs) Allah`a qulluq etməkdən zövq alan, Allah`a təslim olan, Allah`a dərindən sevgi duyan gözəllər gözəli bir peyğəmbərdir. Onun Allah`a dərin sevgi ilə yerinə yetirdiyi qulluq vəzifəsini bəzi xristianlar qəbul edə bilmirlər. Onun şövqlə və zövq alaraq yerinə yetirdiyi ibadətlərini yanlış dəyərləndirir və inkar edirlər.
Quran ayələri əsasında ətraflı izah edəcəyimiz İncil pasajlarına baxmayaraq, hz.İsanın (əs) sadəcə bir qul kimi yaradıldığını qəbul etməyənlərin əksəriyyəti, böyük ehtimalla, cahillikləri ucbatından bu yanlışı ediblər. Hz. İsanın qul olduğunu qəbul etsələr, onun dəyərinin azalacağını və ona lazımınca hörmət göstərməyəcəklərini zənn edirlər. Halbuki hz. İsanın (əs) şövq, sevgi və sevinclə ibadət kimi yerinə yetirdiyi qulluq vəzifəsi onun üçün üçün böyük nemətdir və əlbəttə, onun dəyərindən heç nə əksiltmir. Əksinə, bu cür sevgi ilə Allah`a qulluq etmək əziz peyğəmbərimiz hz. İsanın qat-qat dəyərini artırıb, onun cənnətdəki dərəcəsini yüksəldib və onu insanların sevgilisinə çevirib. Allah`ı razı etməyə çalışan qul və peyğəmbər olmaq, bütün həyatı boyunca Allah`ı ucaldan və Allah`a şirk qoşmadan iman gətirmək və belə dərin ağıl sahibi bir insan olmaq hz. İsa (əs) üçün nemətlərin ən böyüyüdür.
Hz. İsanın (əs) sadəcə insan kimi yaradıldığı bir çox ayələrdə bildirilən həqiqətdir:
(Körpə) (dil)(açıb)dedi: “Həqiqətən də, mən Allah`ın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.
(Məryəm surəsi, 30)
Başqa bir ayədə isə hz. İsanın (əs) fani olduğu, hər insan kimi öldükdən sonra axirətdə yenidən dirildiləcəyi bildirilib:
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
(Məryəm surəsi, 33)
Sevgili peyğəmbərimiz hz. İsa (əs) özü üçün Allah`ın qədərdə müəyyən etdiyi vaxt gələndə yenidən yerə enəcək və Allah`ın əmr etdiyi kimi, hz. Mehdi (əs) ilə birlikdə elçilik vəzifəsini tamamlayacaq. (Bu mövzuya sayt növbəti bölmələrdə yenidən toxunulacaq). Hz. İsa (əs) bu dünyada vəzifəsini bitirdikdən sonra hər fani insan kimi vəfat edəcək, ruhu cənnətə gedəcək, inşaAllah. Bütün insanlar kimi onun da bütün qədərini, həyatı boyunca qarşılaşdığı hər hadisəni yaradan Allah`dır. Göstərdiyi bütün möcüzələri yaradan da Allah`dır. Hz. İsa (əs) bunları özbaşına yox, Allah`ın ona olan rəhməti və lütfü sayəsində həyata keçirib. Hz. İsa (əs) dünya həyatı boyunca Allah`a olan dərin sevgisini ifadə edib və insanları Allah`ın doğru yoluna çağırıb.
Hz. Hz. İsanın insanları Allah`a iman gətirməyə və Ona qulluq etməyə dəvəti İncildə də bildirilən həqiqətdir:
İsa ona belə dedi: “ Allah`ın olan Rəbbə səcdə et, sadəcə Ona qulluq et deyə yazılıb”
(Luka, 4:8, Matta, 4:10)
Quranda isə hz. İsanın (əs) insanları Allah`a iman gətirməyə çağırdığı belə bildirilir:
(İsa dedi:) “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”.
(Məryəm surəsi, 36)