Allah birdir. Hz. İsa (əs) İncildə bunu açıq şəkildə bildirmişdir. İncildə Allah`ın bir və tək olduğu, sadəcə Ona qulluq etmək və Ona şirk qoşmadan iman gətirmək lazım olduğunu bir çox ayədə çox aydın şəkildə bildirib. Bu sözlərdə nə üçlü birlikdən, nə üç ayrı tanrının tək tanrı mənasına gəldiyindən, nə də əslində tək, ancaq varlıqda üç olan məntiqsiz izahlardan bəhs edilir. İncil pasajlarında Ondan başqa İlah olmadığı, sadəcə “Allah birdir” deyilir . Bunu görmək elə asandır ki, bir çox xristianın İncil pasajlarında keçən açıq ifadələrə baxmayaraq, çox qarışıq olan üç üqnum inancına inanmaları, həqiqətən, təəccübləndirici haldır.
İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?» İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allah`ımız Rəbb yeganə Rəbdir. Allah`ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”. İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur». İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.
(Mark, 12:28-32)
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Allah`a... izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin.
(Yahuda'nın Mektubu, 1: 24-25)
Sən Allah`ın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər! (Yaqubun Məktubu, 2: 19)
İncilə görə, hz. İsa özündən deyil, sadəcə Allah`dan qorxmağı nəsihət edir. Bəzi xristianlar iddia edirlər ki, hz. İsa belə deməklə özünü də nəzərə alır. Əlbəttə ki, bu ancaq üç üqnum inancını müdafiə edənlərin irəli sürdüyü və insanları yanıltmaq üçün istifadə etdikləri düşüncədir. Vicdanı olan heç kim bu yalana inanmır. Ayənin mənası dəqiq və aydındır. Hz. İsa (əs) heç kimi özünə ibadət etməyə dəvət etmir, əksinə sadəcə tək İlah olan Alah`a ibadətə dəvət edir.
Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allah`dan qorxun.
(Matta, 10:28)
İncildə hz. İsa (əs) insanları daima Allah`a yönəldir və Onu sevməyi istəyir.
İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allah`ımız Rəbb yeganə Rəbdir. Allah`ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”.
(Mark, 12:29-30)
“İsa ona belə cavab verdi: “Allah`ın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır”.
(Mark, 12:29-30)
Üç üqnum tərəfdarlarına görə, dua hz.İsaya edilməlidir. Hal-hazırda üç üqnum əqidəsini müdafiə edən xristianlar hz. İsaya (əs) dua edirlər. Halbuki İncildə hz. İsanın (əs) özü Allah`a dua edilməlisini deyir. Hökmdə heç bir qarışıqlıq yoxdur, hz. İsa (əs) heç yerdə Allah`a yalvarmaq üçün insanların ona yönəlməli olduğunu demir. Birbaşa Allah`a yalvarmağı nəsihət edir. Dua etmək üçün vasitələrə ehtiyac olduğu və hz. İsa (əs) olmadan Allah`a dua etmək mümkün olmadığı kimi məntiqsiz düşüncələr ancaq təfsirçilərin uydurmasıdır. Vicdanla, məntiqlə baxan hər insan üçün İncil pasajları çox aşkardır.
O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».
(Matta, 9:37)
Hz. İsa (əs) İncildə insanları özünə yox, Allah`a qulluq etməyə çağırır. Hz. İsanın (əs) nitqində, əslində, özünü nəzərdə tutduğunu iddia edənlər üç üqnumu zorla İncilə əlavə etməyə çalışanlardır. Ayə açıqdır, hz. İsa (əs) hz. İbrahim, hz. Musa və hz. Muhamməd (səv) kimi Allah`ın sevgili peyğəmbəri olaraq ona verilən təbliğ vəzifəsini yerinə yetirir və insanları Allah`a qul olmağa dəvət edir.
İsa dedi: «Rədd ol, Şeytan!
“Allah`ın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».
(Matta, 4:10)
“İsa ona belə cavab verdi: “Allah`ın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır”.
(Luka, 4:8)
Hz. İsa (əs) İncildə özünə verilən peyğəmbərlik vəzifəsini yerinə yetirir və insanları Allah`a iman gətirməyə dəvət edir
“İsa cavab verib onlara dedi: «Allah`a imanınız olsun..”
(Mark, 11:22)
Hz. İsa İncildə insanları onun razılığını deyil, tək olan Allah`ın razılığını qazanmağa çağırır. Deməli, razılığını qazanmaq istəyəcəyimiz hz. İsa (əs) deyil, Uca Allah`dır.
“Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allah`ın izzəti üçün edin.”
(Pauldan Korinflilara 1. Məktub, 10:31)
Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allah`a şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allah`a şükür edir. Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük. Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq.
(Pauldan Romalılara Məktub, 14:6-8)
“Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin.”
(Pauldan Kolosselilara Məktub, 3:23)
Hz. İsa (əs) ətrafındakı insanları həmişə tək tərifə layiq layiq olan Uca Rəbbimiz Allah`a yönəldib və Onu tərifləməyə təşviq edib. İncil pasajlarında hz. İsa (əs) özünü nəzərdə tutmur, belə bir izah heç bir ayədə yoxdur. Hz. İsa (əs) sahib olduğu elmin özünə aid olmadığını, Allah`ın verdiyini deyir və Uca Rəbbimiz Allah`a yönəldir.
Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır? İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allah`dan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz.
(Yəhya, 7:15-18)
İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: “Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?” İsa ona dedi: “Mənə niyə yaxşı deyirsən? Tək Allah`dan başqa yaxşısı yoxdur.”
(Mark, 10:17-18)
Hz. İsa (əs) İncildə Allah`ın qulu olduğunu, bir peyğəmbər kimi göndərildiyini və peyğəmbər olduğu üçün Allah`ın ona əmr etdiklərinə tabe olduğunu bildirir.
Sonsuz güc sahibi tək İlah ancaq Quranın “…O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.” (Bəqərə surəsi, 117) ayəsində bildirdiyi kimi, yaratdıqlarına hökm edir. Hz. İsa (əs) da bu həqiqəti bilən və Allah`a itaət edən bir quldur.
Diqqət etsək, demək olar ki, hər sözündə hz. İsa (əs) onu yaradan Allah`ı ucaldır və Onun əmrlərinə əməl etdiyini bildirir. Bu səbəbdən hz. İsanın bu barədə İncildəki sözlərində üç üqnumu dəstəkləyən heç bir izah yoxdur.
“Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm.” (Yəhya, 6:38)
“Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.” (Yəhya, 5:30)
Tək hakim, əlbəttə, Allah`dır. Hər şeyin hakimi Allah, şübhəsiz ki, bir peyğəmbər kimi göndərdiyi hz. İsanın da hakimidir. Hz. İsa (əs) hər şeyi Rəbbimizin icazəsi ilə etdiyini, əlbəttə ki, bilir. Necə ki İncil pasajlarının bir çoxunda hz. İsanın (əs) bunu bilərək danışdığı, Allah`ı ucaltdığı və insanları Allah`a tərəf yönəltdiyi açıq-aşkar görünür.
…Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi.
(Luka, 5:17)
İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allah`dan gəldiyini və Allah`ın yanına qayıdacağını bilirdi.
(Yəhya, 13:3)
Bəzi xristianlar İncildə keçən bu ayələri belə şərh edirlər:“Hz. İsa həm insan, həm də tanrı xüsusiyyətləri var idi. Buna görə də insan kimi hərəkət etməsi normaldır.” Belə şərh üç üqnum inancının təməlinin çürük olduğunu göstərir. İnsan xüsusiyətlərinə sahib olan, aciz yaradılan bir varlıq necə ilah ola bilər? Belə iddianı Allah`ı sevdiyini deyənlər necə qəbul edirlər?
Allah ucadır, dünyadakı əksiklikləri imtahan olaraq yaradır, lakin Özü bütün əksikliklərdən münəzzəhdir. Daha əvvəl dəfələrlə dediyimiz və deyəcəyimiz kimi, problem Allah`ın ucalığını anlamama və Allah`ı təqdir edə bilməməkdir.
Burada İncilə əsaslanaraq verilən bütün açıqlamalar hz. İsanın Allah`a sadiq və itaətkar bir qul olduğunu açıq-aşkar göstərir.
İncildə bildirilən bu ifadələr uzun zamandır üç üqnum məntiqsizliyinin süzgəcindən keçirilərək İncil sözləri qarmaqarışıq şərhlərlə üç üqnum inancına uyğunlaşdırılmağa çalışılıb. Halbuki bu təlqinlərə aldanmayan biri İncilə diqqətlə baxsa, hz.İsanın (əs) insan xüsusiyyətlərinə sahib olduğunu asanlıqla anlaya bilər. Belə bir adam üç üqnum iddiasının nə qədər yalan olduğunu da rahatlıqla görəcək. Hətta bu qədər açıq izahlardan üç üqnum kimi əqidənin ortaya atılmasına olduqca təəccüblənər. Deməli, qərəzsiz baxılsa, hər bir xristian İncildə heç bir şəkildə üç üqnum inancına yer olmadığını, bundan əlavə, yuxarıdakı İncil sözlərindən də aydın olduğu kimi, bu inancı ortadan qaldıracaq ifadələrin olduğunu görəcək.