Bəzi xristianlar hz. İsanın sadəcə bir qul olduğu həqiqətinin yalnız Quranda xəbər verildiyini düşünürlər. Halbuki xristianların öz kitabları olan İncildə hz. İsanın imtahan olunan, dua edən, yemək yeyən, yorulanda yatan, Allah`a qulluq edən bir insan olduğunu açıq və müxtəlif şəkildə xəbər verilib. Müsəlmanlar üç üqnum inancının doğru olmadığına aid Qurandan dəlillər gətirirlər, amma hz. İsanın Allah`ın oğlu olmadığı İncildə də bildirilir. Təlqin və ön mühakimələrdən təmizlənmiş hər insan vicdanla İncilin sözlərinin açıq, şərhsiz, saf mənalarını dərhal anlayar.
Hz. İsanın Allah`ın oğlu olmadığına, onun sadəcə Allah`a qul olan bir bəşər olduğuna aid İncildən dəlillər belədir:
Məlum olan tarixi məlumatlara görə, hz. İsa (əs) hz. Davud (əs) soyundandır. Hz. İsa (əs) xalq içində tanınan bir insandır. Xalq onun kimin soyundan gəldiyini, harada doğulub böyüdüyünü bilir. Hz. İsanın (əs) ailəsi də xalq tərəfindən çox yaxşı tanınır. Dolayısı ilə, o da bütün insanlar kimi soyu və doğumu məlum olan insandır:
Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi, O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi. Düşmənlərimizdən və bütün nifrət edənlərin əlindən bizi xilas etdi.
(Luka 1: 69-71)
Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi belədir …
(Matta 1: 1-2)
İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud oğluna hosanna! Rəbbin ismi ilə gələnə alqış olsun! Ən ucalarda hosanna!» İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu kimdir?» deyərək sarsıldı. Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».
(Matta 21: 9-11)
Bu adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» …
(Markos 6: 3)
Hz. İsanın bir bəşər olması üç üqnum inancını kökündən sarsıdan əhəmiyyətli mövzudur. Üç üqnum inancını müdafiə edənlər səthi məntiqə əsaslanaraq hz. İsanın (əs) dünyada maddi varlıq, yəni bəşər kimi təcəlli edərək insanlarla ünsiyyət qurduğunu iddia etsələr də, bu, hz. İsanın (əs) insani xüsusiyyətlərə malik olmasının üç üqnum inancını tamamilə çürütdüyü həqiqətini dəyişdirmir.. Mələklər də insan şəklində təzahür edə bilirlər. Lakin üstün yaradılışlarına görə yemək yemək, yorulanda yatmaq kimi ehtiyacları olmur. Bu halda bir tanrının (haşa) bu insanı ehtiyac içində yürüzündə mövcud olduğunu iddia etmək çox dəhşətlidir. (Allah`ı tənzih edirik)
İncildə hz. İsa (əs) ilə bağlı verilən məlumatlardan bu dəyərli insanın “Allah`ın oğlu deyil, Allah`ın mübarək bir elçisi kimi təsvir edildiyi” aydın olur. Onun da hər insan kimi normal həyat yaşadığı görünür. O da digər insanlar kimi doğulub, körpəlik, uşaqlıq və gənclik çağlarını yaşayıb. Ehtiyacı olanda yanındakı həvarilərlə birlikdə Allah`a şükr edərək yemək yeyib, uzun günün sonunda hamı kimi yorularaq yatmaq istəyib. Bundan əlavə, hz. İsanın yuyunmaq, təmizlənmək kimi fiziki ehtiyaclarının olduğu İncildə xatırlanır. Bütün bu insani keyfiyyətlər üç üqnum iddiasını tamamilə aradan qaldırır. Hz. İsa qul, peyğəmbər olub və hər insan kimi imtahan olunan, bəşəri xüsusiyyət və ehtitacları olan insan kimi yaradılıb. Ehtiyac və əksikliklərin heç olmadığı yer, əlbəttə ki, sadəcə cənnətdir.
Hz. İsanın iddia edilən ilahlıq vəsfini aradan qaldıran, bəşəri xüsusiyyətləri ilə bağlı İncildə belə məlumatlar verilir:
İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.
(Luka 2: 52)
İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.
(Luka 24:30)
Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə şey varmı?» Ona bir tikə bişmiş balıq verdilər. İsa da yeməyi götürüb onların qabağında yedi.
(Luka 24: 41-43)
Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?»
(Matta 26: 17)
Daha sonra İsa, Levinin evində yemək yeyəndə...
(Markos 2: 15)
Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər.
(Markos 3: 20)
Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək».
(Markos 14: 18)
Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu.
(Luka 7: 36)
… Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi.
(Yəhya, 4: 6-7)
İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı…
(Markos 4: 38)
İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.
(Markos 6: 31)
“…Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi.”
(Yəhya 4:6-7)
İncildə hz. İsanın (əs) Allah tərəfindən sınanan, imtahan olunan bir bəşər olduğu açıq bildirilir. Allah`ın imtahan etdiyi, sınaqlardan keçirdiyi bir insanın Allah olması, şübhəsiz ki, mümkün deyil. (Allah`ı tənzih edirik) Şeytanın yoldan çıxarmaq üçün mübarizə apardığı bir insanın belə vəsfə sahib olması mümkün deyil. Allah İncildə hz. İsanın sınaqdan keçirilən, imtahana tabe olan və Allah`a qulluq olan bir insan olduğunu xəbər verib:
Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz. (Luka 22: 28)
Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. Bax əgər sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq». İsa ona belə cavab verdi: «“Allah`ın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». (Luka 4: 5-8)
İblis sınaqların hamısını qurtarandan sonra bir müddət onu tərk etdi. (Luka 4: 13)