Hz. İsanın (əs) bəşər olduğu barədə Qurandan dəlillər

Allah Quranda hz. İsanın (əs) və anası hz. Məryəmin (əs) insan xarakterlərinə sahib elçi olduqlarını bildirir. Ayədə keçən “yemək yeyirdilər” ifadəsi bu gerçəyi vurğulamaq üçün xüsusi olaraq istifadə edilib:

“Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə (Allah`a) sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar (haqdan) necə döndərilirlər.”
(Maidə surəsi, 75)


Uca Allah hz. İsanın (əs) doğulduğunu, uşaqlıq dövründən keçdiyini və Allah`ın izni ilə möcüzələr göstərdiyini də bildirir:

“Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”.
(Maidə surəsi, 110)


Uca Allah başqa ayəsində üç üqnum inancının tərəfdarlarına bütün insanlar kimi hz. İsanın (əs) da Allah diləmədikcə heç bir şeyə malik olmayacağını xatırladır.

“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!”– deyənlər artıq kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların səltənəti Allah`a məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir.
(Maidə surəsi, 17)


Hz. İsa (əs), əlbəttə ki, Allah`ın çox sevdiyi, şərəflənirdiyi və seçdiyi bir insandır: O Allah`ın peyğəmbəridir, amma nəticə etibarilə, o da bir quldur. Quranda hz. İsanı (əs) ilahlaşdıranlara hz. İsa (əs) İsrailoğullarını bir olan Allah`a ibadət etməyə çağırılırlar:

“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allah`a ibadət edin! Həqiqətən də, Allah`a şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. “Şübhəsiz ki, Allah üçlüyün üçüncüsüdür!”– deyənlər artıq kafir oldular. Halbuki Bir olan İlahdan başqa heç bir ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq üzücü bir əzab toxunacaqdır. Onlar Allah`a tövbə edib Ondan bağışlanma diləməyəcəklər­? Allah ki Bağışlayandır, Rəhmlidir.”
(Maidə surəsi, 72-74)


Quranda bir ayədə hz. İsa (əs) İsrailoğullarına belə təbliğ edib:

“Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allah`dan qorxun və mənə itaət edin.Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! (Çünki) bu, düz yoldur.”
(Ali-İmran surəsi, 50-51)


Hz. İsa (əs) uca Allah`ın həm özünün, həm də bütün yaradılanların Rəbbi olduğunu açıqlayaraq təbliğ edib. Hz. İsanın (əs) bu təbliğinə əməl edən az saylı həvarilər hz. İsadan (əs) “elçi” kimi bəhs edirlər:

“…Həvarilər dedilər: “Bizik Allah`ın (dininin) yardımçıları! Biz Allah`a iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”
(Ali-İmran surəsi, 52-53)


Uca Allah yer üzünə xatırladıcı “elçilər” göndərdiyini və bu elçilərin heç bir zaman “Allah`ı buraxıb mənə qulluq edin” demədiklərini Quranda belə vurğulayıb:

“Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allah`a yox, mənə qul olun!”– desin. Əksinə, (o deyər): “Öyrətdiyiniz Kitabın və (ondan) öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”
(Ali-İmran surəsi, 79)


Yuxarıdakı ayələr də daxil olmaqla bir çox ayədə bildirildiyi kimi, hz. İsa (əs) Allah`ın seçdiyi mübarək bir elçi, Allah`ın sevimli dostu, peyğəmbəri və Allah`a qul olan bir bəşərdir. Lakin heç bir şəkildə Allah`ın oğlu deyil, əsla ilahlıq iddia etməyib, bundan Allah`a sığınıb. Təbliğ edəndə həmişə Allah`ın qulu olduğunu xatırladıb və insanları Allah`a iman gətirməyə çağırıb.

Rəbbimiz Quran və İncildəki açıq dəlillərə baxmayaraq, “Allah üçün üçüncüsüdür” deyənləri “küfrə düşənlər” adlandırıb. Üç üqnum inancına Quranda qəti şəkildə qarşı çıxılıb. Bu, Uca Rəbbimizin bir çox ayəsi ilə xəbərdar etdiyi çox böyük təhlükədir. Hal-hazırda bir çox xristian qardaşımız, çox güman ki, bu böyük təhlükənin fərqində olmadan, sadəcə özlərinə öyrədilənlərə tabe olurlar. Onlar bu böyük təhlükəni mütləq bilməlidirlər.

Quran son kitabdır, İncili təsdiqləyici kimi göndərilib, buna görə də xristian qardaşlarımız Quranda bildirilən gerçəklərə diqqət etməlidirlər. Quranın son yol göstərici kitab olmasına tam inanmalıdırlar. Bu, onlar üçün çox böyük şəfa və rəhmət olacaq.