“İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: “Əmrlərin ən əsası hansıdır?” İsa cavab verdi: “Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allah`ımız Rəbb yeganə Rəbdir…İlahiyyatçı Ona dedi: “Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.”
(Mark 12: 28-32)
“…Allah birdir.”
(Pavlusdan qalatiyalılara məktub, 3:20)
“Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir.”
(Pavlusdan korinfilərə məktub, 12:5-6)
“Bir Allah vardır.”
(Pavlusdan Timoteyə 1-ci məktub, 2:5)
“İsa dedi: “Rədd ol, Şeytan!”. “Allah`ın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır.”
(Matta, 4: 10)
“Xilaskarımız Allah`a… izzət, əzəmət, qüdrət və səlahiyyət olsun!”
(Yəhuda, 1:25)
“Sən Allah`ın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və (Allah qorxusu ilə) əsirlər!”
(Yaqub, 2:19)
“Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allah`a əbədi olaraq hörmət və izzət olsun!”
(Pavlusun Timoteyə 1-ci məktubu, 2:5)
“Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allah`dan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz?”
(Yəhya, 5:44)
“İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: “Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?” İsa ona dedi: “…Tək Allah`dan başqa yaxşısı yoxdur.”
(Mark 10:17-18)
“…büt dünyada heç nədir və bir olan Allah`dan başqası yoxdur… Bizim üçün tək Allah vardır: hər şeyin O`ndan yarandığı Allah. Biz də onun üçün yaşayırıq…”
(Pavlusdan korinfilərə 1-ci məktub, 8:4-6)
“…tək Allah`ınız var.”
(Matta 23:9)
“İsa ona dedi: “Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et.”
(Matta 19:17)
“Yerdə və ya göydə ilah olaraq adlandırılanlar varsa da... (Allah`ı tənzih edirik) bizim üçün tək bir İlah vardır. O hər şeyin mənbəyidir. Biz də onun üçün yaşayırıq.”
(Pavlusdan korinfilərə 1-ci məktub, 8:5)
“…Rəbb bir, iman bir…Hər şeydən üstün, hər şeylə və hər kəsdə olan Allah …birdir.”
(Pavlusdan efeslilərə məktub, 4:4-6)
“Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allah`dır.”
(İbranilərə məktub, 3:4)