İncildəki “ata”, “oğul”,
“Tanrının övladları” kimi İfadələr məcazi mənadadır

Hz. İsanın atasız doğulması üç üqnum İddiasına dəlil deyil: hz. Adəm (əs) həm anasız, həm də atasız dünyaya gəlib.

Üç üqnum inancını müdafiə edən xristianlar iddialarına dəlil kimi hz. İsanın (əs) möcüzəvi doğulmasını irəli sürürlər. Bu iddianı çox əsaslı dəlil hesab edirlər, amma hz. Adəmin (əs) anasız və atasız dünyaya gəldiyini düşünmürlər. Hz. Adəm (əs) heç bir vasitəçi olmadan Rəbbimizin “ol” əmri ilə cənnətdə yaradılıb. Bu hadisə isə daha möcüzəvidir. Lakin buna baxmayaraq heç bir xristian hz.Adəmə ilahlıq vəsfi aid etmirlər.Bu səbəbdən bəzi xristianların üç üqnumyə dəlil kimi irəli sürdükləri bu məntiq doğru deyil. Heç bir zaman hz. İsaya aid etdikləri ilahlıq vəsfinə sübut gətirə bilməzlər.

Hz. Adəmin (əs) yaradılışı İncil və Tövratda belə keçir:

Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva.
(1. Timoteyə 2:13)

Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı bir varlıq oldu.
(Yaradılış 2: 7)

İncildə keçən “Allah`ın oğlu” İfadələrinin heç biri fiziki mənada deyil, xristianlar İsə bunu hz.İsa (əs) haqqında fiziki mənada yozmuşlar.

İncilin bir çox yerində keçən “Allah`ın oğlu”, yaxud da “Allah`ın oğulları” ifadələri sevgi mənasında işlənmiş ifadələrdir. Bu, bir insanın gözəl əxlaqlı, etibarlı, sadiq və Allah`ın sevgili qulu olduğunu ifadə etmək üçün istifadə edilir. Allah`ın oğlu ifadəsi də sevgi və məhəbbət mənasındadır. Bir insanın gözəl əxlaqlı, etibarlı, sadiq və Allah`ın sevgili qulu olduğunun göstəricisidir. Buna görə də bu ifadə heç vaxt fiziki mənada oğul mənası ifadə etmir.Bu xitab İncildə bir çox yerdə istifadə edilərək bir çox insana xitab edilib, lakin heç biri fiziki mənada oğul ifadə etmir. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allah`ın övladları adlanacaq. (Matta 5: 9) izahında bildirildiyi kimi, sülh yaradanlar Allah`ın sevimli və dəyərli qullarıdır. Bunu heç bir xristian gerçək oğul mənasında başa düşmür və fərqli mənaya yozmurlar.

İncil'deki 'Baba', 'Oğul' , <br />'Tanrı'nın çocukları' gibi İfadeler mecazi anlamlar taşımaktadır

Xristianlar isə İncildə hz. İsa (əs) üçün istifadə edilən “Allah`ın oğlu” ifadəsini fiziki mənada qəbul edirlər. Fərqli ifadə və sözlərdən istifadə edilməsə də, sadəcə hz. İsaya gerçək oğul kimi yanaşırlar. Bu vəziyyət Allah`ın oğlu ifadəsinin qəsdən hz. İsaya (əs) aid xüsusi bir məna ifadə etmək üçün istifadə edildiyini göstərir. İncildə Allah`ın oğlu və ya oğulları ifadələrinin keçdiyi bəzi pasajlar belədir:

“Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır.”
(Luka 6:35)

“Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.”
(Korinflilara 2. Məktub 6: 18)

Bunu da qeyd etmək lazımdır ki, müqəddəs mətnlərdə 80 dəfə hz. İsa (əs) bəşər kimi xarakterizə edilir. Üç üqnum tərəfdarı olan xristianlar bu ifadəni müxtəlif formalarda şərh etməyə çalışsalar da, bəşər ifadəsi hz. İsanın (əs) ana dili olan aramicə “barnaşa”, yəni insan mənası ifadə edən xüsusi bir deyimdir. Beləliklə, bəşər ifadəsi bu dildə insan kəlməsi ilə eyni mənadadır. (Prof. dr. Mehmet Bayrakdar, Bir Hristiyan Dogması Teslis, Ankara Okulu Yayınları, Eylül 2007, s. 168)

İncildəki “Ata” xitabı məcazi mənadadır və bütün bəşəriyyətə müraciət edir

İncildə oğul ifadəsindən əlavə, “Ata” ifadəsindən də istifadə edilir. Buradakı ata ifadəsi himayədarlıq, sevgi və şəfqət mənasındadır. Bu xitabla Allah`ın ruhunu daşıyan, cənnətlə müjdələnən və Allah`a mənən yaxın olan insanlara müraciət edilir və əlbəttə ki, fiziki mənada ata nəzərdə tutulmur. Ancaq təfsirçilər İncildə mənası bu qədər açıq olan bir sözü bəzi İncil pasajlarında məcazi mənada qəbul etdikləri halda, hz. İsaya xitab edilən hissələrdə hz. İsanın (əs) bioloji atası kimi qəbul edirlər. Bu aşkar şəkildə yanlış istiqamətləndirmək məqsədi daşıyır.

İncildə “ata” xitabının istifadə edildiyi və məcazi mənası çox aydın olan pasajlardan bəziləri belədir:

“Belə ki, verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq...Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.”
(Matta 6: 4, 8)

“Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız.”
(Matta 6: 1)

Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
(Matta 6: 6)

İncildəki “Tanrının övladları” İfadələri də məcazi mənadadır

İncil'deki 'Baba', 'Oğul' , <br />'Tanrı'nın çocukları' gibi İfadeler mecazi anlamlar taşımaktadır

İncilin bir çox hissəsində keçən “Tanrının övladları” ifadəsi ilə iman gətirənlər nəzərdə tutulur, mənəvi və məcazi yaxınlığa işarə edilir. Bu insanların mübarək, Allah Qatında dəyərli, Allah`ın razılığını qazandığı ümid edilən insanlar olduqları vurğulanır. Burada heç vaxt ilahlıq vəsfi ola bilməz. İncildəki “ata”, “oğul” və “Tanrının oğulları” ifadələrinə qərərsiz baxan hər kəs sözlərin məcazi mənada olduğunu, Allah`ın yaxınlığı, şəfqəti, sevgisi və himayədarlığını göstərmək üçün bu ifadələrdən istifadə edildiyini başa düşər. İncildə tez-tez keçən bu sözlərin hz. İsaya (əs) müraciətlə işlənəndə niyə fərqli şərh edildiyi isə başa düşülmür. Məna, əlbəttə ki, dəyişilmir, eyni məcazi məna istifadə edilir, lakin təfsirçilər qəsdən belə şərh edirlər.

İncildə “Tanrının övladları” ifadələrinin keçdiyi pasajlar belədir:

Ey sevimlilər, indi biz Allah`ın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
(Yəhyanın 1. Mektubu, 3:2)

Biz Allah`ın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik.
(Yəhya, 5:2)

Ata İfadəsinin məcazi mənasına İşləndiyinə başqa bir nümunə
də hz. İbrahim (əs) üçün də İstifadə edilməsidir.

İncildə hz. İbrahim (əs) iman gətirənlərin atası kimi tanınır. Aydındır ki, burada ata kəliməsi məcazi mənadadır və bu ifadə ilə hz. İbrahin (əs) liderliyi, himayədarlığı, onun davamçılarına yol göstərdiyi vurğulanır.

“Buna görə də vəd imanla həyata keçir ki, Allah`ın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allah`ın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: “Səni çoxlu millətin atası etdim”.
(Romalılar, 4:16)

“Onlar İsanın cavabında `bizim atamız İbrahimdir` dedilər. İsa onlara dedi: İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz.”
(Yuhanna, 8:39)

İncildə “Yaradan əvəzinə yaradılana, Ölümsüz Allah əvəzinə ölümlü İnsana qulluq etmək” qınanıb

İncildə bu barədə keçən ayələr çox əhəmiyyətlidir. Dövrün insanlarının Yaradan əvəzinə yaradılana, yəni ölümlü bir insana sitayiş etdiklərini, onu ilah kimi qəbul etdiklərini izah edir. Bax bu, təfsirçi xristianların hal-hazırda olduqları vəziyyətdir. Onlar da bir bəşəri ilah qəbul edərək, yaradılan bir qulu öz aləmlərində yaradıcı elan edirlər. Allah onları İncildə xəbərdar edib:

Adamlar Allah`ı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü. Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub, fani olmayan Allah`ın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər. Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər. Onlar Allah`ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.
(Romalılar, 1:21-25)