“Üç məbuda tək Tanrı demək” yalanı

Təslis (üç üqnum) ilə əlaqədar ən böyük yalanlardan biri, bəlkə də, ən böyüyü bəzi xristianların üç üqnum adı altında guya tək Allah nəzərdə tutduğuna dair izahlarıdır. Üç üqnumun bütpərəstliklə əlaqələndirilməsindən narahat olan bəzi xristianlar üç ünsürdə birləşmiş tək tanrını müdafiə edirlər. Ümumiyyətlə, bu izahatı özləri də çox yaxşı anlamırlar və üç tanrı inancını ümumi şəkildə təsvir edirlər.

Bəzi təslis tərəfdarları üç ünsürün tək bir tanrıda birləşdiyini, dolayısilə, üç ünsürün də tanrı olduğunu, bəziləri atanın ən böyük olduğunu, digərlərinin atadan gəldiyini, bəziləri üç tanrı arasında iş bölgüsü olduğunu, bəziləri isə oğulun atadan, Müqəddəs Ruhun da oğuldan gəldiyini iddia edirlər. Üç üqnumq dair buna bənzər iddiaların sayı çoxdur. Lakin onların hamısı bu qarmaqarışıq üç üqnum doqması ilə, əslində, tək Allah`ı nəzərdə tutduqlarını iddia edirlər. Əgər həqiqətən, tək Allah inancları varsa, əlbəttə, bu gözəldir, lakin bu barədə sözügedən izahlar çox yanlışdır.

Bu çox önəmlidir: İncil tamamilə xristianlara Allah`ın tək olduğunu çatdırır. İncildə Allah`ın bir olduğunu bildirən və yalnızca Allah`a qul olmağı əmr edən çoxlu ifadələr var. Orada bildirilənlər hamısı açıq-aşkardır. İncilin heç bir yerində üç üqnum ifadəsi keçmir, üç üqnuma dair heç bir açıqlama belə yoxdur. Dəlil kimi irəli sürülən ifadələrin hamısı uydurulub, mötərizə şərhlərinin içinə “Allah`ın oğlu” və “Müqəddəs Ruh” ifadələri əlavə edilib, tamamilə fərqli məna ifadə etməsinə baxmayaraq qəsdən üç üqnuma dəlil kimi göstərilməyə çalışılıb. İncildə “tək Allah” açıq-aşkar şəkildə bildirilib, “üç tanrı” isə İncilin heç bir yerində yoxdur.

Təslis inancını müdafiə edənlər öz uydurduqları təslisin üç ünsürü olan ata, oğul və Müqəddəs Ruhun həm ayrı şəxs və yaxud ayrı-ayrı varlıqlar, həm də tək "mahiyyət" olduğunu, bununla yanaşı üç məbudun həm üç, həm də bir olduğunu heç vaxt açıqlaya bilmirlər. Onlar bu böyük ziddiyyətin daim fərqində olmuşlar. Eynilə, üç tanrının fərqli vəzifələri necə yerinə yetirdiyini, yaratmaq xüsusiyyəti ataya aiddirsə, digərlərinin bu xüsusiyyətə niyə sahib ola bilmədiyini, doğmayan, doğulmayan, zaman və məkandan uzaq olan tək bir İlahın zaman və məkana tabe olan fərqli şəxslərə necə ayrıldığını heç vaxt açıqlaya bilmirlər. Onsuz da açıqlamaq mümkün deyil.

Təslisçilərin iddialarına görə, üç tanrı əgər hər cəhətdən bərabərdirsə, (bu üç üqnumu müdafiə edən əksər xristiaların müdafiə etdiyi bir şeydir) onlardan yalnız birinə ibadət etmək kifayətdir. Lakin təslisi müdafiə edən xristianlar üç tanrının hər birinə ibadət etməli olduqlarına inanırlar. Bu da təslisin üçtanrılılıqdan fərqli inanc olmadığını göstərir.

Üç tanrının təkliyi iddiası tamamilə məntiqsizdir. Hər şeyə gücü çatan, bütün varlıqların Hakimi olan, hər şeyi yoxdan yaradan Allah`ın üç ayrı varlıq kimi təzahür etməsinə nə gərək ola bilər? (Allah`ı tənzih edirik) Üstəlik, tək tanrıya inandıqlarını iddia edən üç üqnum tərəfdarları müsəlman və yəhudilərin tövhid inancı olan "Allah`ın mütləq birliyi və təkliyi" xüsusiyyətini tam olaraq izah edə bilmirlər.Tövhid inancında Allah mütləq birdir, təkdir, bənzəri yoxdur. HEÇ BİR ŞEY ONA ŞƏRİK OLA BİLMƏZ, heç bir şey Onun bənzəri ola bilməz. Allah`ın birliyi budur. Buna görə də üç üqnum inancı əsla tövhid etiqadı deyil. Üç üqnum ilə tək Allah`a inandığını iddia edənlər ya aldadılıblar, ya da bilə-bilə yalan danışırlar.

Lakin əsas məsələ odur ki, belə bir qarışıqlığa nə üçün ehtiyac var? Tək Allah inancı qəlb rahatlığı, hüzur və xoşbəxtliyə vəsilə olursa, bu cür kompleks, bir-biri ilə uyuşmayan və çox ziddiyyətli izahlar nəyə gərək? Bütün bu qarışıqlığın əvəzinə bilavasitə tək uca Allah`a inanmaq, tək İlah olaraq yalnızca Ona yönəlmək daha gözəldir. Hər şeyi görən və bilən tək Allah`ın varlığı bir rəhmətdir. Hər an bizimlə olan, dua etdikdə bizi eşidən, sinələrdə gizli olanı da bilən və ona edilən çağırışlara cavab verən, hər şeyi idarə edən uca Rəbbimizin varlığı böyük nemətdir. Üç üqnum inancının qarma-qarışıqlığı içində “boğulmuş” bəzi xristian qardaşlarımız tövhid inancının bu gözəlliyini bilmirlər. Allah`a bu cür yaxın olmanın gözəlliyini bilsələr, üç üqnum ilə özlərini Yaradandan necə uzaqlaşdırdıqlarını hiss edəcəklər. Allah`ın əzəmətinin fərqinə varmaq, Ona tək İlah kimi iman gətirmək, Allah`ın gücünü gərəyi kimi təqdir edə bilmək ən gözəl xoşbəxtlikdir.

De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allah`dan başqa məbud yoxdur”. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.”
(Sad surəsi, 65-66)