Tövratda müxtəlif yerlərdə Allah`ın oğlu ifadəsi və bəzi yerlərdə də Allah`ın Öz Zatı üçün istifadə etdiyi “Biz” ifadəsi var. Bəzi xristianlar bu ifadələri üç üqnum inancının mənbəyi kimi qəbul edirlər, halbuki bu, tamamilə səhv düşüncədir.
1. İbrani dilində Allah`ın isimlərindən biri “Elohim”dir. İbranicə sözün sonundakı “im” şəkilçisi çoxluq bildirən şəkilçidir. (məsələn, bayit-ev, batim- evlər) Elohim ismindəki “im” şəkilçisi səbəbilə bəzi xristianlar burada Allah`ın isminin cəm mənada deyildiyini düşünürlər və Tövrata görə İsrailoğullarının üç üqnum inancına sahib olduqlarını iddia edirlər. Lakin İbrani dilində tək bir əşya, ya da məfhumu ifadə edən, lakin sonu “im” ilə bitən bir çox sözlər var, məsələn, “panim” - üz, “şamayim” - göy üzü ya da göylər, “rahamim” - mərhəmət, “mayim” - su, “pnim” - daxili kimi buna bənzər sözlər var. Buna görə də, Tövrata əsaslanaraq üç üqnum olduğunu iddia etmək tamamilə cəhalətdir.
Bundan əlavə, İbranicədə əşyanın cəm və tək olmasından aslı olaraq feil də fərqli olur. Feilə baxıb cümlənin tək, yoxsa cəm şəxsi ifadə etdiyini rahat başa düşmək olar. Əgər “Elohim” sözü bəzi xristianların iddia etdiyi kimi cəmdə olsa idi, o zaman ibranicə “Vayomru Elohim” (ilahlar dedilər ki) formasında olmalı idi. Ancaq bütün Tövrat pasajlarında bu ifadə "Vayomer Elohim" (Allah dedi ki) formasında keçir.
2. Eyni vəziyyət İbrani İncilində Allah`ın başqa isiminə də aiddir. “Adonai” kəliməsini bəzi xristianlar yanlış tələffüz edirlər. Bu, əslində, “mənim ağalarım” mənasını ifadə edir. Bu isə İbrani dilində doğru tələfüzü deyil. İbranicədə bu kəlimə “Adonoy” kimi oxunur və bu ifadə qətiyyən cəm mənasını ifadə etmir.
3. Xristianlar Tövratın Yaradılış hissəsində keçən bu sözləri üçlüyün birliyi iddiasına dəlil kimi gətirməyə çalışırlar : “Sonra Allah dedi: Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin. Allah insanı Öz surətində yaratdı, Allah`ın surətində yaratdı, Onları kişi və qadın olaraq yaratdı.” (Yaradılış, 1: 26-27)
Tövratdakı Yaradılış 1:26-cı hissəsində “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq” ifadəsinin cəmdə olması və sonrakı ayədə Allah`ın Öz Zatından bu dəfə tək kimi bəhs etməsini xristianlar üçlü birliyə əhəmiyyətli dəlil kimi təqdim edirlər. Halbuki bu, aşkar şəkildə təhrif edilir. Bu batil inancın təsiri altında qalmayan bir insan, hətta balaca uşaq belə buradakı cəm ifadələrin Allah`ın qüdrət və böyüklüyünü vurğulamaq üçün istifadə edilən xüsusi izah tərzi və xitab olduğunu dərhal anlayacaq. Rəbbimizin Öz Zatını ifadə etmək üçün istifadə etdiyi “Biz” sözü üç üqnum, yaxud da üçlü birlik məntiqini lənətləyən Quranda da bir çox ayədə keçir:
“Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.”
(Vaqiə surəsi, 60)
4. Xristianlar Tövratdakı bu ayəni də öz məntiqlərinə görə şərh edirlər:
“Mənə yaxın gəlin, bunu dinləyin! Başlanğıcdan bəri mən açıq danışdım, O vaxtdan indiyədək oradayam. Xudavənd Rəbb indi məni və ruhunu göndərdi”.
(Yeşaya, 48:16)
Bu Tövrat pasajınə xristianlar zorla mötərizə arasına alaraq üç üqnuma dəlil kimi təqdim etməyə çalışırlar. Bununla xristianlar üç üqnumdakı üç ünsürün həmin ayədə də keçdiyini iddia edirlər. Halbuki burada Allah`ın oğlu ifadəsi heç bir şəkildə keçmir. Müqəddəs Ruh kimi şərh edilən hissə isə Allah`ın insana üfürdüyü ruhudur. Allah insanı Öz ruhundan yaratdığını Quranda bildirir:
“Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!”
(Səcdə surəsi, 7-9)
Allah`ın ruhundan üfürməsi hər insanın Allah`ın ruhunu daşıdığını və heç bir şeyin Allah`dan ayrı olmadığını göstərir. Bunu xristianlar necə Müqəddəs Ruh kimi şərh edərək burada Allah`ın oğlu fikrini uydurduğunu anlamaq olmur.
5. Zəburda (Tövratın Məzmurlar hissəsi) aşağıda bildirirlən ayə bəzi xristianlar tərəfindən səhv şərh edilir:
“Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: “Sən Mənim oğlumsan, Bu gün sənə Ata oldum. Məndən irs olaraq millətləri istə, mülk olaraq yerin hər tərəfini sənə verim...."
(Məzmur 2:7-8)
Tövratın başqa bir pasajında da bildirildiyi kimi, burada oğul ifadəsi İsraildir. Allah`ın dindar israillərə qarşı qoruyuculuğu təşbihlə bildirir. Bir atanın oğullarına qarşı davranışları və qoruyuculuğu nümunə verilir və burdakı ifadə Allah`ın sevgili qulları mənasına gəlir.
6. Tövratda Daniel 7:13-14 hissəsində keçən “bəşər” ifadəsi yanlış olaraq şərh edilib və hz. İsa (əs) üçün iddia edilən tanrı vəsfinə işarə edildiyi zənn edilir. Halbuki bu tamamilə səhv izahdır:
Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər birisi göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verilmişdi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyəcək, əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
(Daniel, 7:13-14)
Pasajda nəzərdə tutulan ölümlü bir insandır və Tövrat alimlərinin yekdilliklə qəbul etdikləri kimi, burada bəhs edilən hakim axır zamanda gələcək kral Məsih, yəni Mehdidir. Kral Məsih bütün millətlərə hakim olacaq, bütün xalqlar ondan razı qalacaqlar.
Bunu bildirmək lazımdır ki, musəvilər nə hz. Musa (əs) zamanında, nə də sonra heç vaxt bəhs edilən Tövrt ayələrini üç üqnum məntiqinə görə qiymətləndirməyib. Tövrat ilk endirilən zaman da bu ifadələr heç vaxt üç üqnum mənasında olmayıb. Musəvilər Tövratda keçən bu ifadələrin gerçək və dərin mənalarını çox yaxşı bilirlər, üç üqnum inancına uyğunlaşdıraraq yanlış şərh etməkdən Allah`a sığınırlar. Burdakı ifadəni batini olaraq şərh edir və Allah`ın quluna olan sevgisi, himayədarlığı və yaxınlığını vurğuladığını anlayırlar. Musəvilər də bəzi xristianların səthi təfsir edərək Tövratdan üç üqnum inancına sübut gətirmək istəməklərinə qarşı çıxırlar.
Bəhs edilən pasajları üç üqnum məntiqinə uyğun qiymətləndirməyə çalışan bəzi xristianlar Tövrata da tabe olduqlarına görə bu iddialarına Tövratdan da hökm çıxarmağa cəhd edirlər. Halbuki bütün Tövrat və Zəbur pasajlarında tək iman etiqadı olan tövhid inancıdır. Necə ki İncil də Tövratı təsdiqləyici kitab kimi bu tövhid inancını əsas alır. Xristian qardaşlarımız İncildəki bu gerçəyi mütləq görməlidirlər.