Uca Allah özünə uşaq götürməyib

Uca Allah bütün varlıqların hakimi, yaradılan hər şeyin sahibidir. Allah bütün səbəblərdən münəzzəhdir, çünki bütün hadisələri və bu hadisələrin yaranma səbəbini də yaradan Allah`dır. Dünyadakı hər şey səbəblərə bağlı olaraq inkişaf edir. Lakin Rəbbimizin bu səbəblərə ehtiyacı yoxdur. Atalıq, oğulluq, uşaq götürmək kimi insana aid xüsusiyyətləri də Rəbbimiz yaradıb. Dolayısilə, “Allah övlad götürdü” (Allah`ı tənzih edirik) deyənlər Allah`ın böyüklüyünü anlamırlar. Uca Rəbbimizin hansısa bir şeyi yaratmaq, nəyisə etmək üçün sadəcə onu diləməsi kifayətdir. Heç nə Onun üçün mümkünsüz deyil. O yaradılanı ən yaxşı bilən, yaradılışdan əvvəl onu təqdir edəndir.

Allah oğul götürdü deyənlər Rəbbimizin bu vəsfini bilməyənlər, yaxud da lazımınca başa düşməyənlərdir. Əvvəlcə də xatırlatdığımız kimi, Allah Quranda Rəbbimizin gücünü təqdir etməyənlərin göstərdiyi bu cəsarətin böyüklüyünü bu ayələri ilə bildirib:

(Kafirlər:) “Ər-Rəhman özünə övlad götürmüşdür!”– dedilər. Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –ər-Rəhmana övlad isnad etdiklərinə görə. Ər-Rəhmana özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək.
(Məryəm surəsi, 88-93)

Ayələrdən gördüyümüz kimi, Allah Özünə övlad götürdü demək bütün kainatı yerlə-yeksan edəcək qədər şiddətli, Rəbbimizin qəzəbinə layiq olacaq qədər çox böyük günahdır.Quranda Rəbbimizin uşaq götürmədiyinə aid bir çox ayə vurğulanıb. Ayələrdə Rəbbimizin övlad götürməkdən münəzzəh olduğu, “doğmamış və doğulmamış” olduğu, heç nəyin Onun bərabəri olmadığı aydın ifadə edilib. Mövzu ilə əlaqədar ayələr belədir:

De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”.
(İxlas surəsi, 1-4)

Həqiqətən, onlar yalan uydurub deyirlər: “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
(Səffat surəsi, 151-152)

Onlar: “Allah (Özünə )övlad götürmüşdü!”– dedilər. O pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allah`a qarşı bilmədiklərinizi söyləyirsiniz?
(Yunus surəsi, 68)

Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allah`dır.
(Zumər surəsi, 4)

Uca Rəbbimiz bütün kainatın mütləq Hakimidir, Rəbbimizin heç bir ortağı və ya köməkçiyə ehtiyacı yoxdur. (Allah`ı tənzih edirik) O istəyəndə “Ol” deyir və o olur. Allah ayəsində belə bildirir:

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.
(Furqan surəsi, 2)

De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allah`a həmd olsun!” Onu tərifləyərək Uca tut.
(İsra surəsi, 111)

Allah`a övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.
(Məryəm surəsi, 35)

Uca Allah “Allah oğul götürdü” iddia edənləri Quran ilə xəbərdar edir. Deməli, üç üqnum əqidəsinə inanaraq yanılan xristianlara Quran doğru yol göstərir. Allah onları Quran vəsiləsi ilə doğru yola dəvət edir.

(Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi.) Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.
(Kəhf surəsi, 4-5)

Yuxarıdakı ayələrdə Allah övlad götürdü deyənlərin bu barədə nə özlərinin, nə də özlərindən əvvəlkilərin heç bir bilgisi olmadığı, yəni bunun tamamilə yalan olduğu bildirilir. Allah məlumatsız şəkildə iddia edilən bu təhlükəni Quranda “ağızlarından çıxan söz necə də böyükdür” ifadəsi ilə xatırladır.

Rəbbimiz övlad götürmədiyini bildirdiyi başqa ayədə isə Allah ilə bərabər qeyri bir ilahın olmadığını da xəbər verir:

Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Əks təqdirdə hər ilah öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
(Muminun surəsi, 91)

Bu ayə üç üqnuma inanan xristianların hər iki yanlış iddiasına da (hz.İsanın (əs) Allah`ın oğlu olduğu və hz.İsanın (əs) ilahlıq vəsfinə sahib olduğu) cavab verir.

Cənabı Allah Quranda peyğəmbərimiz hz. Muhammədə bunu iddia edən insanlara belə söyləməsini vəhy edib:

De: “Əgər Mərhəmətli (Allah`ın) övladı olsaydı, ona ilk ibadət edən mən olardım.
(Zuxruf surəsi, 81)

Allah`ı haqqı ilə təqdir etməmək Allah`ın ayələrdə bildirilən üstün sifətlərini anlamamaq nəzərdə tutulur. Çünki bir insanın üç üqnum inancını qəbul etməsi Allah`ın hər şeyin Hakimi olduğunu, yaratmaq və yaşatmaq üçün heç bir vəsiləyə, köməkçiyə ehtiyacı olmadığını, Allah`ın diləsə övlad götürməyə müqtədir, amma bundan münəzzəh olduğunu, bir şeyi dilədikdə sadəcə “ol” əmrini verməsinin kifayət etdiyini, yerin, göyün bütün varlıqların Onun əmrinə boyun əydiyini başa düşmədiyini göstərir. Allah`ın heç bir şey üçün Özündən başqa ilahlar yaratmağa ehtiyacı yoxdur. Allah daha doğulmazdan əvvəl doğulacaq olanı, deyilmədən deyiləcək olanı, qəlblərdə gizli olanı, qısacası, hər şeyi əvvəldən sonuna qədər bilir. Rəbbimiz bir ayəsində belə bildirir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
(Bəqərə surəsi, 255)

Allah`ın sonsuz güc və qüdrət sahibi olması İncildə belə keçir:

... O, hər şeyin üzərində hökm edən, sonsuza qədər tərif ediləcək Allah`dır.
(Pavlusdan Romalılara məktub, 9:5)

...Gücü hər şeyə yetən Rəbb Allah, Sənin işlərin böyük və təəccübləniləcək işlərdir...
(Vəhy, 15:3)

Allah`ın edə bilmədiyi bir şey yoxdur.
(Luka, 1:37)

...Allah`dan (Allah`a aid) olmayan idarəçilk yoxdur. Mövcud olanları Allah yaradıb.
(Pavlusdan Romalılara məktub, 13:1)

Hər şeyin mənbəyi Odur, hər şey Onun tərəfindən və Onun üçün yarandı. Sonsuza qədər Ona ucalıq olsun.
(Pavlusdan Romalılara məktub, 11:36)


Hər şey Ona təslim olub. Heç nə məqsədsiz deyil. Hər biri Rəbbimizə itaət etməklə məsuldur. Allah məhz belə qəhr edən, böyük və üstün gücə sahibdir.

...Halbuki, göylərdə və yerdə nə varsa, istəsə də, istəməsə də Ona təslim olub...
(Ali-İmran surəsi, 83)