Allah`ın varlığı haqqında dərin düşünməyi xristianlara əsaslı şəkildə izah etmək, onları Kilsənin müxtəlif yalanlarla təlqin etdiyi “düşünməmək” torundan xilas etmək lazımdır.
Təslis (üç üqnum) mövzusu 4-cü əsrdən etibarən ardı-arası kəsilməyən bir çox qurultaylarda gündəmə gətirilmişdir. Ən sonuncusu isə 1868-1870-ci illərdə təşkil edilən Birinci Vatikan qurultayı idi. Qurultayda bitməyən mübahisələrə son qoymaq məqsədi ilə belə nəticəyə gəldilər:
“Üç üqnum ağıl və məntiqə uyğun deyil, ona görə də sirr olaraq qalmalıdır.”
Hz. İsanın (əs) dünyaya peyğəmbər kimi göndərilməsindən 1900 il sonra Kilsə xristianlığa “imanın şərti” kimi doqma da əlavə etdi.Kilsənin bu qərarına uyğun olaraq xristianlar hal-hazırda üç üqnum mövzusu haqqında düşünməyə ehtiyac duymurlar və bunu iman sirri kimi qəbul edirlər, hətta bunu açıq-aşkar müdafiə edirlər.
Kilsənin düşünməmək barədə fətvasının yeganə səbəbi üç üqnumnun yanlış olmasından qaynaqlanır. Allah, şübhəsiz ki, uydurma və batil olan hər şeyi məntiqsizlik, uyğunsuzluq, ziddiyyət və məğlubiyyətlə birgə yaradır. Üç üqnum də bunlardan biridir. Bu uyğunsuzluqlardan xəbərdar olan Kilsə doqma ənənəsini yenə də davam etdirmişdir. Xristianlığın başlanğıcından bəri bir az ağıllı və məntiqli davranan və buna görə rəsmi mövqelər tərəfindən azğın adlandırılan xristianlar bütün bu əsassız və məntiqsiz izahları yaxşı başa düşürdülər. Onlar ya üç üqnumu tamamilə rədd etmiş, ya da başqa cür dərk edib dəyişdirmişlər. Buna görə də Kilsə zorla ayaqda saxladığı üç üqnum inancına qarşı çıxacaq ağıllı kütlələrdən xəbərdardır. Hazırda üç üqnum mövzusu üzərində düşünülməməli, həlli üçün çalışılmamalı, başa düşülmədən riayət edilməli olduğunu qəbul edən və buna inanan çox sayda xristian vardır. Onları düşünməməyə təşviq edən dinlərinin olduğunu zənn edir, Allah`ı dərk etmədən həyatlarına davam edəcəklərini düşünürlər. Bunu çox vaxt açıq şəkildə söyləmirlər. Amma buradakı "anlaşılamazlığın" normal olduğunu, hər şeyi anlamağa qadir olmadıqlarını, bu səbəbdən düşünüb tapmaq üçün məşğul olmağın da fayda verməyəcəyini deməkdən də çəkinmirlər.
Əlbəttə, biz hər şeyi anlamağa qadir olaraq yaradılmamışıq. Lakin Allah bizə Öz Qüdrətini açıqca göstərdiyini və bunun da imanla düşünərək anlaşılacağını bildirmişdir. Bizi yaradan Uca Qüdrəti anlamaq bizim üzərimizə düşən bir öhdəlikdir. Bir insan özünü yaradan Allah`ı tanımadan kimə necə ibadət və dua edəcəyini bilmədən necə din anlayışına sahib ola bilər? Yaradılışdakı sirləri necə kəşf edə və axirəti necə anlaya bilər? Allah`ın hər an özünü eşidən və görən olduğunu necə dərk edə bilər? Dindar olmaq üçün düşünmək, Allah`ı anlamaq, Allah`ın böyüklüyünü təqdir edə bilmək vacib şərtdir. Bu, imanda dərinləşməyin ən mühüm ünsürlərindən biridir.
Üç üqnumu müdafiə edən hər hansı xristianla qarşılaşsanız, ondan təslis mövzusunda soruşduğunuz suallara olduqca əsassız, anlaşılmaz, qəribə fikirlərdən ibarət qarmaqarışıq cavablar verdiyini görəcəksiniz. Bundan başqa, hər bir xristian üç üqnumu fərqli izah edəcəkdir. Çünki bu mövzuda nəyi izah etdiklərindən, ümumiyyətlə, özləri də xəbərdar deyildirlər. Üç üqnumu ağıllı və məntiqli izah etməyə çalışan xristianlar təslis olaraq təsvir etdikləri şeydən də kənara çıxırlar. Bəziləri anlamağa çalışır,lakin buna nail ola bilmir, bəziləri də məntiqli izah gətirməyə çalışır, bunu da boş və mənasız cümlələr quraraq edirlər. Böyük qisimi isə bu mövzuda düşünməkdən tamamilə imtina etmişdir. Onlar Kilsənin bildirdiyi şəkildə "düşünməməyi” seçir, soruşanlara da bu mövzunun sirr olduğunu, buna görə də üzərində düşünməklə məsul olmadıqlarını söyləyirlər.
Əlbəttə, düşünməyəndə hər şey çox asandır. O zaman məsuliyyətlər da zahirən aradan qalxmış olar. Düşünməyə ehtiyac duymayan insan anlaşılmayan Allah`ın (Allah`ı tənzih edirik) necə yaratdığını, yaratdıqlarına necə hakim olduğunu, Allah`a qarşı məsuliyyətlərini, Allah`a necə hesab verəcəyini düşünməyə də ehtiyac duymayacaq. O zaman həyat olduqca bəsit olacaq. Necə ki, hazırda xristianların böyük qismi bu şəkildə yaşayır. Bu vəziyyət bəzi müsəlman və yəhudilərə də aiddir. Lakin xüsusilə, üç üqnum mövzusunda xristianlara verilən təlqin onları tamamilə Allah və yaratdıqları haqqında dərin düşünməsinə mane olduğu üçün onlarda bu vəziyyət daha təhlükəlidir.
Xristianların bir çoxu yalnız bazar günləri kilsəyə getmək və hz. İsanın (əs) Allah`ın oğlu olduğuna inanmaqla Allah`ın razılığını qazanacaqlarını və cənnətinə layiq ola biləcəklərini düşünürlər. Bu isə onların əksəriyyətinin özləri hiss etmədən şirk içində yaşamağa, dünya əhli olmağa, halal - harama riayət etməməyə, Allah`ın razılığını qazanmaq üçün dua etmək və kilsəyə getməkdən başqa heç bir şey etməməyə, ateizm, darvinizm, kommunizm, materializm, terrorizm kimi Allah inancına qarşı çıxan cərəyan və ideologiyalara qarşı mübarizə aparmamağa, dünyada dindarlara, məzlum insanlara qarşı edilən hücumlarla maraqlanmamağa və dünyaya gözlərini bağlayaraq, yalnızca öz evlərindəki kiçik dünyalarında həyatlarını davam etdirməyə yönəldir.
Əlbəttə ki, istisnalar da vardır. Lakin xristianların böyük qisminin bu cür həyat sürməsi danılmazdır. Hər bir xristian bütün dünyada çoxluq təşkil edən xristian həyat tərzinin belə olduğunu çox yaxşı bilir.
Məhz düşünmədən yaşamağın nəticəsidir bu cür üç üqnum əqidəsi. Xristianlar belə din anlayışının nə qədər təhlükəli olduğunu yaxşı düşünməlidirlər.