Xristianlar Allah`ın Zatının insanda zühur etdiyi fikrindən uzaqlaşmalıdırlar

Saleh xristianlar bu haqda səmimi düşünməlidirlər. Bir insana tanrı olduğunu demək Allah`ın adətullahı ilə, hz. İsanın (əs) təbliğ etdiyi xristianlıq dini, İncil və Tövratın hökmləri ilə ziddir. Bunu xristianlar çox yaxşı başa düşməlidirlər. Onlar gerçək və həqiqi İncilə əsrlər sonra əlavə olunan belə bir inancı ciddi bir təhlükə hesab etməli və bunun üzərində dərin düşünməlidirlər. Allah`ın üstün xüsusiyyətlərini bir insana aid etməyin və acizliklərlə yaradılmış bir insanı ilah olaraq görməyin və bu cür göstərməyin nə mənası var? Uca Allah`ın buna, şübhəsiz ki, ehtiyacı yoxdur. (Allah’ı tənzih edirik). Bu onların Allah`ın qüdrətini və əzəmətini gərəyi kimi təqdir edə bilməmələri deməkdir.

Bundan başqa, Uca Allah`ın yer üzündə insan olaraq Zatı ilə zühur etməsi kimi bir fikri, onsuz da, xristianlar da istəməməlidirlər. Bunu Uca Allah`ın şanına yaraşdırmamalıdırlar. Allah`ın böyüklüyü, ucalığı, qüdrəti və sonsuz gücü xristianlar üçün bir nemətdir. Sonsuz güc sahibi olan Allah`a inanmaqmı daha gözəldir, yoxsa yatan, yemək yeyən, ehtiyac içində olan bir insana ilah kimi baxmaqmı? Bunun cavabını bütün xristianlar bilməlidir.

Allah`ın Öz üstün Zatını insanlara tanıtmaq üçün ehtiyacları olan fani varlıqda zühur etməyə ehtiyacı yoxdur.(Allah’ı tənzih edirik) Xristian qardaşlarımız İncilə də, Tövrata da ağıllı şəkildə baxmalı və bütün bunları Allah`ın şanına yaraşan şəkildə dəyərləndirməlidirlər.

Hz. İsanın (əs) insan xüsusiyyətləri onun bir peyğəmbər olaraq, əlbəttə ki, dəyərini aşağı salan bir vəziyyət deyil. Hz. İsa (əs) Uca Rəbbimizin dəyərli və çox mübarək bir peyğəmbəridir. Allah`ın Qatında bütün digər peyğəmbərlər kimi ən yüksək və ən müqəddəs mövqedədir. Allah`ın sevimli, dostu, uca elçisidir. Bu səbəbdən onun bir insan olaraq yaradılması, onun dəyərinə və peyğəmbər olaraq ucalığına, əlbəttə ki, bir zərər yetirmir. Ən mühüm şey Allah`a- bir və tək olan Yaradıcımıza- iman gətirməkdir. Allah insanlardan şirk qoşmadan iman gətirmələrini və ibadət etmələrini istəyir. İnsanların Ona ibadət etmələri üçün Allah`ın yer üzündə bir insan olaraq zühur etməsinə ehtiyac yoxdur. Xristian qardaşlarımız, əgər həqiqətən də, səmimi düşüncə ilə bu haqda düşünmək istəyirlərsə, belə bir sualı onlara vermək lazımdır:

Allah`ın hz. İsada (as) Zatı olaraq təzahür etməməsi Uca Allah`ın xüsusiyyətlərindən nəyi əksildir? (Allah’ı tənzih edirik)

Allah`ın Zatı olaraq insanda təzahür etməməsi Allah`ın xüsusiyyətlərini, üstünlüyünü, gözəlliyini əksildən bir şey deyildir. Əksinə, bu, Allah`ın gözəlliyinə gözəllik qatır, Onun üstün xüsusiyyətlərinin daha yaxşı və gərəyi kimi başa düşülməsinə yardım edir. Yatan, yemək yeyən, acizliklər və ehtiyaclar içində olan fani bir insana Allah`ın Zatı kimi baxdıqdan sonra Allah`ın üstün xüsusiyyətlərini necə lazımınca təqdir etmək mümkün ola bilər?